Qazax Rayon Mərkəzi Xəstəxanasında yeni tibbi avadanlıq istifadəyə verilib
06.04.2024 09:44
Qazax Rayon Mərkəzi Xəstəxanasında yeni tibbi avadanlıq istifadəyə verilib.
 
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, bu avadanlıq qulaq, burun, udlaq və qırtlaq müayinəsi endoskopudur.
 
Fiberoptik endoskopiya qulaq, burun, udlaq və qırtlaq müayinəsini təmin edən cihazdır. Endoskopiya müayinəsi çətin olan nahiyələrin müşahidəsini həkim üçün asanlaşdırır və pasiyent üçün isə müayinəni daha rahat və ağrısız edir.
 
Bundan başqa, sərt endoskop ucluqlarından fərqli olaraq, pasientin qəfil hərəkətləri zamanı (başını sağa və sola çevirməsi) baş verəcək zədələnmə halları da bu cihazla müayinə zamanı minimuma enmiş olur. Qırtlaq və səs tellərinin müayinəsi, eləcə də yuxarı tənəffüs yollarının yad cisimləri zamanı fleksibl endoskopiya ideal müayinə metodudur. Qırtlaq müayinəsi zamanı endoskop ucluğunun ağızdan deyil, burundan daxil edildiyi üçün öyümə və ürəkbulanma kimi hallar da müşahidə olunmur.
 
Qeyd edək ki, müayinə Qazax Müalicə Diaqnostika Mərkəzinin binasında lor həkimi Əli Hüseynov tərəfindən icra edilir. Müayinələr icbari tibbi sığorta ilə ödənişsiz həyat keçirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır