Sumqayıt Reabilitasiya Mərkəzinə infotur təşkil olunub
05.04.2024 10:35

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzinə vətəndaş cəmiyyəti institutları nümayəndələrinin infoturu təşkil olunub.

 

Agentlikdən Aztibb.az-a verilən xəbərə görə, infotur iştirakçıları müasir tələblərə uyğun qurulmuş Mərkəzdə yaradılan şəraitlə, burada əlilliyi olan şəxslərə göstərilən tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə tanış olublar. 

 

Tədbir reabilitasiya xidmətləri sahəsində görülən işlər və icra edilən layihələr barədə məlumat vermək, həmçinin QHT-lərin bu sahə ilə bağlı rəy və təkliflərini öyrənmək məqsədi daşıyıb.

 

İnfotur iştirakçıları ilə görüşdə Agentliyin İdarə Heyətinin sədrinin müavini Vüqar Məmmədov son illər reabilitasiya sahəsində aparılan islahatlar, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və şəbəkəsinin genişləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verib. Görülən işlərin reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 4 dəfə artmasına imkan verdiyi qeyd olunub.

 

Agentliyin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri Bahadur Rzayev reabilitasiya xidmətləri spektrinin genişləndirilməsi və keyfiyyətin yüksəldilməsi üçün aparılan işlərə, son illər tətbiqinə başlanan yeni reabilitasiya xidmətlərinə dair təqdimatla çıxış edib.  

 

Görüşdə reabilitasiya sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb, vətəndaş cəmiyyəti institutları nümayəndələrinin rəy və təklifləri dinlənilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır