Naxçıvan Perinatal Mərkəzdə “Ana südü ilə qidalandırmaya doğru 10 addım” mövzusunda təlimlərə başlanılıb
03.04.2024 11:26
Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə BMT-nin Uşaq Fondu UNİCEF-in “Körpə Dostu Klinikası Təşəbbüsü” proqramı çərçivəsində “Ana südü ilə qidalandırmaya doğru 10 addım” mövzusunda təlimlərə başlanılıb.
 
Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilən xəbərə görə, aprel ayının 2-dən 4-dək baş tutacaq təlimlərdə məqsəd ana südü ilə qidalandırmanın təşviqi, süni qida vasitələrinin, əmzikli şüşələrin və əmziklərin təbliğatının aparılmaması, ana südü ilə qidalanmanın həm körpə, həm də ana üçün əhəmiyyəti və qidalandırma zamanı yaranan çətinliklərin həlli yolları barədə həkim və orta tibb heyətinin bilik və bacarıq səviyyələrinin artırılmasından ibarətdir.
 
Təlimlərin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzin direktoru Ülkər Bayramova bildirib ki, ölkəmizdə uşaq hüquqları əsaslı şəkildə qorunur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”na uyğun olaraq, ölkəmizdə, o cümlədən muxtar respublikamızda müvafiq tədbirlər həyata keçirilir. Respublikamızda uşaqların müdafiəsi və inkişafı,onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur.
 
Sonra UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töfvə Cəmilova çıxış edərək ana südü ilə qidalanmanın həm əhali arasında, həm də doğuşayardım tibb müəssisələrində geniş təşviq edilməsinin əhəmiyyətini vurğulayıb.
 
Çıxışların ardından təlimlərə start verilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır