Nevroloq Afaq Əliyeva: "Ölkəmizdə 5000 uşaq və yeniyetmə autizm sindromludur"
02.04.2024 11:27
Məlum olduğu kimi, autizm sindromlu insanların sosial problemlərini öyrənmək, onlara göstərilən diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 2011-ci ildən 2 aprel tarixi Ümumdünya Autizm Məlumatlandırma Günü kimi qeyd olunur.
 
Xətai Tibb Mərkəzinin Nevrologiya şöbəsinin müdiri, nevroloq Afaq Əliyeva Aztibb.az-a Ümumdünya Autizm Maarifləndirmə Günü ilə bağlı məlumat verib.
 
Həkim bildirib ki, dünyada 75 mln. insan autizmdən əziyyət çəkir. Ölkəmizdə 5000 uşaq və yeniyetmə autizm sindromludur.
 
Onun sözlərinə görə, bu uşaqlara xəstə kimi yox, fərqli insan kimi münasibət və yanaşma olmalıdır.
 
Autizmin əlamətlərinin 2 yaşından özünü büruzə verdiyini deyən nevroloq qeyd edib ki, bu əlamətlərə nitq ləngiməsi, davranış pozuntusu, göz kontaktının olmaması, daha çox əşyalara meyilli olması, təkliyə çəkilməsi, təmas və qucaqlanmanı sevməməsi, hər hansı dəyişikliyə həddindən artıq həssas reaksiya verməsini misal göstərmək olar.
 
Afaq Əliyeva vurğulayıb ki, valideyinlər uşaqlarında hiss etdikləri bu cür əlamətlərə biganə qalmamalı və mütləq psixonevroloqa müraciət etməlidirlər. Autizm müalicəsi uzun sürən çətin bir prosesdir. Müalicə təkcə tibb müəssisəsində deyil, evdə, bağçada, mühitdə aparılmalıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır