Bakı Baş Gömrük İdarəsində psixoloji təlimlər keçirilib  
02.04.2024 11:01
Bakı Baş Gömrük İdarəsində “İşlə bağlı stress və onun qarşısının alınması yolları” mövzusunda psixoloji təlimlər keçirilib.
 
Bu məlumat Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilib.
 
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları üçün təşkil olunmuş təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim Tibb Komissiyasının psixiatrı, t.ü.f.d. Gülay Məmmədzadə “İnsanlarla işləyən insanlar: Stressə davamlılığın artırılması” və Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Effektiv iş mühitinin yaradılmasında komanda işi və effektiv ünsiyyətin əhəmiyyəti” mövzusunda təqdimatla çıxış ediblər.
 
Təlim zamanı psixoloji gərginliyin, stressin və emosional yorğunluğun insan sağlamlığına, o cümlədən iş rejiminə mənfi təsirləri, ünsiyyət və komanda işinin təşkilati əhəmiyyəti barədə geniş məlumat verilib və auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır