Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda seminar: "Şərqi Zəngəzur ərazilərinin mineral suları" 
02.04.2024 12:26
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda Təşkilati-metodik şöbənin təşkilatçılığı ilə "Şərqi Zəngəzur ərazilərinin mineral suları" mövzusunda seminar keçirilib.
 
İnstitutdan Aztibb.az-a verilən məlumata görə, tədbirdə Kurort ehtiyatlarının öyrənilməsi şöbəsinin böyük elmi işçisi, b.ü.f.d. Rübayə Əbilova mövzu üzrə çıxış edib.
R.Əbilova Azərbaycanda müalicəvi mineral suların əsasən Kəlbəcər və Laçın zonalarında yerləşdiyini bildirib, keçən əsrin 90-cı illərinə qədər Azərbaycan Elmi- Tədqiqat Tibbi Bərpa İnstitutunun əməkdaşları tərəfindən bu suların fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsi və balneoloji cəhətdən dəyərləndirilməsi barədə məlumat verib.
 
Bildirib ki, hidromineral ehtiyatlarla zəngin olan Qarabağ ərazisində çıxan məlum olan 25-dən çox öyrənilən mineral sular geniş spektorlu yüksək təsirə malikdirlər. Laçın və Kəlbəcər rayonlarında olan 63 bulaqdan öz fiziki-kimyəvi xüsusiyyətlərinə görə İstisu (Kəlbəcər rayonu) və İlıqsu (Laçın rayonu) daha çox əhəmiyyət kəsb edir.
 
Məruzəçi təqdim edilən mineral suların analizlərinin nəticələrinin və məlumatlarının işğaldan əvvəl toplandığı nəzərə alınsa, bu su nümunələrinin təkrar tərkibinin öyrənilməsi və onların müalicəvi əhəmiyyətinin yenidən dəyərləndirilməsinin zəruri olduğunu vurğulayıb. Qeyd edib ki, Kəlbəcər rayonunda hipertermal və nadir tərkibli müalicəvi içməli suların cəmləşməsi bu ərazilərdə müalicə xidməti, sanatoriya, balneoloji müalicəxana və s. kurort müəssisələrinin yaradılması üçün istiqamət verir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub