İsmayıllı RMX-da 31 Mart Soyqırımı qurbanlarının xatirəsi anılıb
31.03.2024 12:10

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov tədbiri giriş sözü ilə açaraq əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdiyi qanlı cinayətlərindən danışıb. O, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqrımı haqqında” Fərmanla soyqırımı hadisələrinə siyasi qiymət verildiyini qeyd edib.

 

Tədbirdən sonra Rayon Mərkəzi Xəstəxanasının kollektivi Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar İsmayıllı şəhərində “Ana harayı” abidəsini ziyarət edib. Ziyarət zamanı abidə önünə tər qərənfillər düzülüb, şəhidlərin ruhlarına dualar oxunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır