TƏBİB “Alman-Azərbaycan Tibb İşçiləri Birliyi” ilə əməkdaşlığa başlayır
30.03.2024 15:16

TƏBİB və “Alman-Azərbaycan Tibb İşçiləri Birliyi” arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.

 

Aztibb.az bu barədə TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir.

 

Görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri Anar İsrafilov, Araz Nəsirov, müşavir Emil Xəlilov, Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ramin Ağayev, "Alman-Azərbaycan Tibb İşçiləri Birliyi"nin sədri Abbas Əhmədli və Birliyin nümayəndəsi Gülşən Əhmədli iştirak edib.

 

Əməkdaşlığın TƏBİB-in təşkil etdiyi beynəlxalq tədbirlərə dəstək verilməsinə, beynəlxalq təşkilat, universitet, institut və araşdırmalar mərkəzi kontekstində proqram və layihələrin həyata keçirilməsinə əhəmiyyətli dərəcədə töhfə verəcəyi vurğulanıb.

 

Qeyd edilib ki, memorandum tərəflər arasında qarşılıqlı, uzunmüddətli və effektiv əlaqələrin qurulması, o cümlədən əməkdaşlıq çərçivəsində koordinasiya prosedurlarını müəyyən edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır