Laçında uşaqlar üçün kompleks tibbi müayinə və maarifləndirici aksiya təşkil edilib
29.03.2024 15:04

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir.


Aztibb.az-a verilən məlumata görə, tədbirlər zamanı nazirliyin qurumları tərəfindən qeyd edilən ərazilərdə yaşayan əhalinin müxtəlif istiqamətlərdə tibbi müayinələri aparılır, həkim məsləhətləri verilir və sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar keçirilir.

Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir bu gün Laçın şəhərində baş tutub. Aksiya zamanı Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun ixtisaslaşdırılmış həkim heyəti, o cümlədən pediatrlar, nevroloq və uşaq cərrahı məktəbli və azyaşlı uşaqların kompleks tibbi müayinələrini aparıblar.

Müayinələr zamanı səhhətində problem aşkarlanan məktəbli və azyaşlı uşaqlar üçün yerində tibbi məsləhətlər verilib, profilaktik baxış keçirilib və müvafiq müalicələr təyin edilib.

Tədbir zamanı yüzə yaxın uşaq həkimlər tərəfindən ümumi müayinədən keçib.

Müayinələrdən sonra valideynlər üçün maarifləndirici tədbir təşkil edilib. Tədbirdə institutun həkimləri mövsümi xəstəliklər və respirator virus infeksiyaları, həmçinin uşaqlarda qəbizliyin yaranması mövzularında təqdimatlarla çıxış ediblər. Qripin simptomları, profilaktikası, hansı xəstəliklərin qripə bənzər əlamətlərə səbəb olduğu, uşaqlarda respirator virus xəstəliyi və müalicəsi, eyni zamanda körpələrdə qəbizliyin səbəbləri barədə ətraflı məlumat verilib.

Bundan əlavə, yoluxucu xəstəliklərin immunoprofilaktikası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən Azərbaycan Respublikasının Milli peyvənd təqviminə uyğun olaraq, körpələrin vaxtında vaksinasiyadan keçməsinin vacibliyi vurğulanıb. Bundan əlavə, valideynlərə övladlarının hərtərəfli inkişafı üçün erkən yaşlardan sağlam həyat tərzi seçməyi, hər gün fiziki aktiv olmağı və sağlam qidalanmanın vacibliyi barədə tövsiyələr verilib.

Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır