KTM-nin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə bir il ərzində 50 minə yaxın müraciət daxil olub
29.03.2024 09:52
TƏBİB-in əhaliyə keyfiyyətli və ixtisaslı tibbi xidmət göstərilməsini təmin etmək məqsədilə tibb müəssisələrində həyata keçirdiyi yeniliklər müsbət nəticələr verməkdədir. Son dövrlər maddi-texniki bazasında və fəaliyyət istiqamətində ciddi dəyişikliklər olan, yeniliklər baş verən tibb müəssisələrindən biri də Kliniki Tibbi Mərkəzdir (KTM).
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, ən müasir tibbi standartlar səviyyəsində yenidən qurulan KTM-nin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə son bir ildə 48 792 müraciət daxil olub. Onlardan 7 177 nəfərin vəziyyəti ağır, orta ağır qiymətləndirilib və stasionar müalicəsi təmin olunub.
 
Aparılan bütün zəruri tədbirlərə baxmayaraq, müraciət edən xəstələrdən 35 nəfərin həyatını xilas etmək mümkün olmayıb, onlardan 8 nəfərdə həkiməqədər ölüm faktı qeydə alınıb.
 
Türkiyə, o cümlədən Avropanın inkişaf etmiş ölkələrinin “ACİL” şöbələrinin təcrübəsi əsasında formalaşdırılan, Cənubi Qafqazın ən böyük Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi tamamilə yeni və ən müasir tibbi avadanlıqlarla təchiz olunub, yaşıl, sarı və qırmızı zonalarla vətəndaşlara xidmət göstərir.
 
2 canlandırma otağı (CPR), 8 çarpayılıq mini reanimasiya zalından, 36 yerlik müşahidə otağı, gips və müdaxilə otağı, o cümlədən ginekoloji otaq və uşaq zallarından ibarət şöbədə müşahidə çarpayılarının sayı ən son tibbi standartlara uyğun olaraq, xəstəxananın ümumi çarpayı fondunun 10-15 faizini təşkil edir.
 
Eyni zamanda burada çalışan həkim personalının sayı da xəstəxananın ümumi həkim sayının 10-15 faizi qədərdir.
 
Şöbə həftənin 7 günü, sutkanın 24 saatı fasiləsiz şəkildə fəaliyyətini davam etdirir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır