ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub  
28.03.2024 12:54

Azərbaycan Tibb Universiteti (ATU) ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı növbəti nailiyyəti əldə edib. Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq üç tədris proqramını beynəlxalq akkreditasiyadan keçirən universitet bu dəfə milli səviyyədə instutisional akkreditasiyadan uğurla keçib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya Şurasının qərarına əsasən, Azərbaycan Tibb Universiteti 5 il müddətinə institusional akkreditasiyanı əldə edib. Bundan əlavə,  ATU-nun Müalicə işi, Stomatologiya və Əczaçılıq ixtisasları üzrə aparılmış beynəlxalq proqram akkreditasiya qiymətləndirməsinin nəticələrinin dövlət akkreditasiyası tərəfindən nəzərə alınmasına dair qərar qəbul edilib.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Bu gün keçirilən tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional akkreditasiyaya dair  şəhadətnaməsi universitet rəhbərliyinə təqdim olunub. Mərasimdə çıxış edən ATU-nun rektoru professor Gəray Gəraybəyli akkreditasiya prosesinin yüksək səviyyədə təşkili ilə bağlı tərəfdaş quruma təşəkkürünü bildirib. Bu cür proseslər zamanı ortaya çıxan yeni yanaşmaların istənilən müəssisənin inkişafına yeni təkan verdiyini qeyd edib: “Akkreditasiya prosesi  nəticəsində irəli sürülən tövsiyələrin hamısı bizim üçün çox əhəmiyyətli olmaqla yanaşı, ümumilikdə ATU-nun inkişafı üçün yeni istiqamət təşkil edir. Biz eyni zamanda  qlobal təhsilin müsbət keyfiyyətlərinin milli təhsilə inteqrasiyasına ciddi önəm verməliyik. Bu baxımdan, beynəlxalq akkreditasiya nəticələrinin təsdiqlənməsi də ATU təmsilçiləri olaraq bizim üçün yeni məsuliyyət yaradır”.

 

G.Gəraybəyli ATU-nun qarşısında daha böyük hədəflərin olduğunu, 3 proqramdan savayı, digər ixtisasların beynəlxalq akkreditasiyadan keçirilməsi üçün işlərin aparılacağını bildirib. Bu proseslərin həm ATU, həm tibb təhsili, həm də ümumilikdə təhsilin inkişafına töhfə verəcəyindən əminliyini vurğulayıb.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov proses zamanı ATU ilə faydalı əməkdaşlığın yarandığını bildirib: “İnstutisional akkrediyasının əldə olunması, həm də beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən proqram akkreditasiyasının nəticələrini tanınması universitetin bir çox aspektlərdən özünün mövcud mövqeyini və gələcək missiyasını ortaya qoymaqda faydalıdır”. T.Əhmədov akkreditasiyanın əsasən ali təhsil müəssisələrinə dəstək məqsədilə keçirildiyini, bu prosesin müəssisələrini fəaliyyətinin diaqnostik baxımdan dəyərləndirilməsinə, müsbət təcrübənin təqdir olunması, təkmilləşdirməyə ehtiyacı olan hissələrin qabarılmasına yardımçı olduğunu qeyd edib.

  

Xatırladaq ki, 2023-cü ildə Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin  (IAAR - Independent Agency For Accreditation and Ratıng) tərəfindən Azərbaycan Tibb Universitetinin Müalicə işi, Əczaçılıq və Stomatologiya ixtisaslarının 5 illiyinə akkreditasiyadan keçirilməsinə dair qərar verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır