"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
06.04.2024 10:15
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin həkim-biokimyaçı Reyhan Əliyevanı təqdim edirik.
O, Gömrük Hospitalının Laboratoriya şöbəsində biokimyəvi, immunoseroloji, kliniki müayinələrin aparılması ilə məşğul olur.
Həkim-laborant Reyhan Əliyeva 1997-ci ildə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika fakültəsini bitirib, 1997-1998-ci illərdə Bakı şəhəri Gigiyena və Epidemiologiya Mərkəzində həkim-laborant ixtisası üzrə internatura keçib. 1998-2009-cu illərdə Azərbaycanın müxtəlif dövlət tibb müəssisələrində həkim-biokimyaçı kimi çalışıb, 2009-cu ildən Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsində həkim-laborant kimi fəaliyyət göstərir.
Reyhan Əliyeva pedaqoji fəaliyyətlə də məşğul olub. Belə ki, 2004-2013-cü illərdə Bakı Slavyan Universitetinin Tibbi biliklərin əsasları və mülki müdafiə kafedrasında baş müəllim işləyib. O, peşəsini sevən, özünə qarşı tələbkar, işində çox diqqətcil, müasir tibb elminin nailiyyətlərini izləyən, öz sahəsi ilə bağlı yenilikləri tətbiq edən yüksəkixtisaslı mütəxəssisdir.
O, 2001-ci ildə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin HİV-in laborator diaqnostikası sahəsində ilkin ixtisaslaşdırılma haqqında sertifikata layiq görülüb, 2009-cu Almaniyanın “Roche Diagnostics” şirkətinin Cobas 4000 C-311 analizatorlarında tədris kursunu keçib, 2021-ci ildə Klinik Biokimya Uzmanları Dərnəyinin təşkilatçılığı ilə keçirilən simpoziumda, Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən “Süni intellektə əsaslanan Mikrobiom Analizi” mövzusunda simpoziumda, 2022-ci ildə COVİD-19 və xəstəxanadaxili infeksiyalar” və “Sars-CoV-2/Covid-19 kompleks diaqnostikasına müasir yanaşmalar” mövzularında beynalxalq konfranslarda iştirak edib.
Həkim işlədiyi illər ərzində nümunəvi xidmətinə görə 2019-cu ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “Gömrük organlarında xidmətə görə” 3-cü dərəcəli döş nişanı və 2022-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən Fəxri fərmanla təltif olunub.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

