ATU alimləri nevrologiya sahəsində ən nüfuzlu beynəlxalq tədbirdə çıxış ediblər  
27.03.2024 13:09

Londonda Nevrologiyada Mübahisələrə dair 18-ci Ümumdünya Konqresi (The 18th World Congress on Controversies in Neurology - CONy)  baş tutub. Dünyada nevrologiya sahəsində ən nüfuzlu beynəlxalq tədbirlərdən olan CONy konqresində azərbaycanlı alimlər də iştirak ediblər.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, universitetin Fizioterapiya və reabilitasiya kafedrasının professoru Sədaqət Hüseynova, Nevrologiya kafedrasının müdiri Aytən Mmmədbəyli, nevrologiya kafedrasının  dosenti Şəhla Məlikova konqressdə müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Proessor S.Hüseynova Azərbaycanın unikal müalicəvi sərvəti sayılan Naftalan neftinin periferik sinir sisteminin odlu silah yaralanmaları zamanı istifadəsi, Qarabağ veteranlarının reabilitasiyasında tətbiqi haqqında məruzə ilə çıxış edib. Konqresin işində Danimarkada yaşayan Azərbaycan əsilli alim, Ümumdünya Başağrısı Cəmiyyətinin prezidenti, professor Məsud Aşina yaxından iştirak edib.

 

CONy konqresi dünya nevroloji ictimaiyyəti üçün ən böyük illik tədbirlərdən biridir. Hər il müxtəlif ölkələrdə təşkil edilən bu tədbirdə nevrologiya üzrə beynəlxalq ekspertlər fikir mübadiləsi aparır, biliklərini paylaşır, təcrübələrinin yayılması və istifadəsinə imkan yaradırlar. Konqres çərçivəsində keçirilən hər bir sessiya debatlar şəklində təşkil olunur ki, bu da müzakirə olunan problem ətrafında geniş fikir mübadiləsi aparmağa şərait yaradır.

 
 
 
 
 
 
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır