Nevroloq: Uşağa "yox" deməyi bacarmaq lazımdır
30.03.2024 11:59
Uşaqlarda ilk keçid dövrü 3-4 yaş arası başlayır. Ona görə də uşaqlara olar-olmazı, həmin dövrdən başa salmaq lazımdır. Öncə nəzərə alınmalıdır ki, uşaqlar da böyüklər kimi hisslərə, duyğulara sahibdirlər. Öyəndiklərinin 50%-ni bu dövrdə öyrənirlər. Onlar bəzən səbrsiz, gurultulu və ya tələbkar ola bilərlər. Onların fikrincə, dünyanın mərkəzindədirlər, dünya onların üzərində qurulub. Belə uşaqlardan bir yetkin kimi davranmağı gözləmək onların hisslərinə toxunmaq deməkdir.
 
Aztibb.az xəbər verir ki, bu barədə məlumat verən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Vüsalə Aşurova bildirib ki, “yox” sözünü işlədərkən nə çox sərt, nə də mülayim olmaq gərəkdir. Onun sözlərinə görə, uşaqlar gərgin, əsəbi olanda onlara icazə verin ki, hisslərini yaşaya bilsinlər. Arxasınca getməyin, icazə verin ki, tək qalıb əsəbini sakitləşdirə bilsin. Sakitləşəndən sonra özü sizin yanınıza gələcək. Uşaqlar əsəbi olanda heç bir zaman şiddət göstərməyin, onları döyməyin. Əksinə, hirsli uşağa sarılmaqla onu sakitləşdirə bilərsiniz.
 
V.Aşurova əlavə edib ki, uşaqlar valideynlərin küsə və inciyə bilərlər:
“Ancaq biz onlarla sərt davranmamalıyıq. Çünki uşaq bizimlə formalaşır. Danışığı, düşüncələri, davranışlarını biz formalaşdırırıq. Hər zaman uşağa yanında olduğunuzu hiss etdirməlisiniz. Uşağa əmr etməyin, ona seçmək haqqı buraxın. Uşağa hansısa işi gördürmək istəyəndə çalışın, mülayim dillə danışın. Əgər həddən artıq əsəbiləşmisinizsə, uşağın olduğu mühitdən uzaq durun. Uşaq sizi başa düşmürsə, ona "yox" deməyi bacarın. "Yox” sözü neytral emosiyasız deyilməlidir. Çünki onu münasibətlərin aydınlaşmasında deyil, tərbiyə prosesində istifadə etmək lazımdır”.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır