Ağır vəziyyətdə Respublika Uşaq Klinik Xəstəxanasına yerləşdirilən 2 yaşlı uşaq həyata qaytarılıb
27.03.2024 11:24
2 yaşlı pasiyent (kişi cinsli) Akademik M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının Uşaq təcili tibbi yardım bölməsinə qızılcaya bağlı qıcolma, bunun nəticəsində tənəffüs və ürəyin dayanması şikayətilə şüuru qapalı şəkildə yerləşdirilib.
 
Aztibb.az-a Xəstəxanadan bildirilib ki, pasiyent ilkin olaraq uzman həkim-pediatr Lalə Nurməmmədova tərəfindən laborator, diaqnostik müayinələrdən keçirilib və bir saata yaxın müddətdə xəstəyə komanda şəklində təkmil həyat dəstəyi (kardiyo pulmonar resussitasiya) göstərilib.
 
Xəstə uğurlu canlandırma sonrasında həyata gözlərini yenidən açıb və profil üzrə müvafiq xəstəxanaya yerləşdirilib.
 
Pasiyentin ailəsi oğullarına göstərilən diqqət və qayğıya görə xəstəxananın rəhbərliyinə, Uşaq təcili tibbi yardımın bölmə müdiri Zəminə Bəhrəmova, uzman həkim-pediatr Lalə Nurməmmədova və xəstəxananın əməkdaşlarına təşəkkürünü bildirib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır