Ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan xəstə sağlamlığına qovuşub
26.03.2024 14:22

2007-ci il təvəllüdlü Eşqin Abbasov 18.03.2024-cü il tarixində koma vəziyyətində, yüksək hərarət, 68 saturasiya, tənəffüs çatışmazlığı, qıcolma əlamətləri, ağır dərəcəli hipoksiya diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadası ilə Təcili tibbi yardım bölməsinə gətirilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, ilkin olaraq İntensiv terapiya bölməsinin həkim-reanimatoloqları Vüqar Zəkəriyəyev və Famil Musayev tərəfindən xəstəyə baxış keçirilib, süni ventilyasiya cihazına qoşulub. Dərhal xəstə baş-beyin və döş qəfəsi orqanlarının KT müayinəsi olunub. Müayinələrdən sonra pasiyentə ağciyərin yayılmış pnevmoniyası, qızılcanın ağırlaşmış forması və respirator çatışmazlığı diaqnozları qoyulub.

 

Pasiyentə izolyasiya olunmuş boksda intensiv terapiya tədbirləri görülüb. Üç gündən sonra xəstənin səhhətində yaxşılaşma qeydə alınıb, ASV cihazından ayrılıb, müalicəsini davam etdirmək üçün Uşaq şöbəsinə köçürülüb. Hal-hazırda xəstənin səhhəti yaxşıdır.

 

Pasiyentin valideynləri göstərilən xidmətə görə başda müəssisənin rəhbərliyinə, İntensiv terapiya bölməsinin müdiri Bəhruz İbrahimova, həkim-reanimatoloqlar Vüqar Zəkəriyəyevə, Famil Musayevə, Leyla Abbasovaya, Uşaq şöbəsinin müdiri Sevinc Cəfərovaya və tibbi heyətə minnətdarlığını bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır