Qəbələ RMX-da tədbir: "Azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinin gücləndirilməsi"
22.03.2024 09:59

TƏBİB-in tabeliyində olan Qəbələ RMX-da ”Azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinin gücləndirilməsi" mövzusunda təlim keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, Şəki TƏB kuratoru Şəlalə Bayramovanın rəhbərliyi ilə gerçəkləşən təlimdə Qəbələ ASM-in şöbə müdirləri, həkim-pediatrlar, mamalar, patronaj tibb bacıları iştirak ediblər.

 

Təlimçilər Günay Mikayılova və Yeganə Quliyeva "Valideyn - uşaq bağlılığının təbliği", "Ataların cəlb edilməsi" mövzuları üzrə çıxış ediblər, patronaj xidmətinə məsul tibb bacısı Aytən İsayeva isə tibb bacıları ilə fərdi söhbətlər aparıb, keyslərin tərtibatının təkrarən izahını verib.

 
Sonda hesabat formalarının təhlili və çatışmamazlıqların aradan qaldırılması ətrafında müzakirələr aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər