Milli Oftalmologiya Mərkəzinin Dəmir yol Səyyar klinikası tərəfindən tibbi aksiya keçirilib
19.03.2024 12:31

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmir yol Səyyar klinikası tərəfindən Dəmir yol vağzalında tibbi aksiya keçirilib.

 

Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, aksiya çərçivəsində 120 nəfər müayinə olunub.

 

Müayinələr əsasında refraksiya patalogiyası, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olunub.

 

Aksiyanın keçirilməsində məqsəd əhaliyə yerindəcə xidmət göstərərək, onların görmə patologiyasının erkən diaqnostikasını aşkar edərək həll olunmasına köməklik göstərmək, profilaktik müalicə tədbirləri həyata keçirməkdir.


Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Lalə Məmmədova, Sidiqə Əliyeva, rezident Fidan Mirzazadə tərəfindən aparılıb.

 

Həmçinin aksiyada “Elmi-məlumat, tədris və təşkilati-metodik” bölməsinin müdiri Yazgül Abdıyeva, Səyyar Klinikanın baş həkimi Elçin Həsənov, mühəndis Tural Hüseynov, təşkilat şöbəsinin işçisi Züleyxa Yusifova iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib