"Ankilozlaşan spondiloartrit: etiopatogenez və müalicə üsulları" adlı seminar keçirilib
18.03.2024 11:05
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda Təşkilati-metodik şöbənin təşkilatçılığı ilə "Ankilozlaşan spondiloartrit: etiopatogenez və müalicə üsulları" adlı seminar keçirilib.
 
İnstitutdan Aztibb.az-a bildirilib ki, tədbirdə Artrologiya şöbəsinin kiçik elmi işçisi Gülcahan Əsədova mövzu üzrə təqdimatla çıxış edib.
 
G.Əsədova xəstəliyin yaranma səbəbindən, erkən və gecikdirilmiş mərhələsindən, xəstəliyin səbəblərindən, klinikasından və müalicəsindən danışıb. Bildirib ki, Ankilozlaşan spondiloartrit xəstəliyini ilk dəfə rus nevroloqu Bexterov tədqiq edib. Bu səbəbdən bütün dünyada xəstəlik Bexterov kimi tanınır. Bu xəstəlik əsasən 20-40 yaşlar arası kişilərdə inkişaf edir. Qadınlarda bu xəstəliyə nadir hallarda təsadüf olunur. Həmçinin, həkimlərin müşahidələrinə görə, qadınlarda bu xəstəlik kişilərlə müqayisədə daha yüngül keçir.
 
Sonda mövzuya dair suallar cavablandırılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub