Ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilən 5 aylıq körpə uğurla əməliyyat olunub  
18.03.2024 10:22

Respublika Neyrocərrahiyyə Xəstəxanasına ağır vəziyyətdə təcili təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən gətirilən 5 aylıq körpə pasiyent uğurlu əməliyyatdan sonra ambulator müalicə üçün evə buraxılıb.

 

Bu məlumat Aztibb.az-a Xəstəxanadan verilib.

 

Bildirilib ki, 5 aylıq körpə qıcolma tutmaları olduğu üçün Ağcabədi rayonunun təcili təxirəsalınmaz tibbi yardım briqadası tərəfindən Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilib. KT müayinəsinə əsasən sağ təpə payında beyindaxili hematoma, təpə sümüyünün xətti sınıqları, soldan lambdayabənzər tikişin travmatik aralanması (kəllə sümüyünün təbii tikişi) aşkar edilib.

 

Həkim Rasim Quliyev və Zəka Abdullayev tərəfindən təcili və uğurlu əməliyyat olunaraq nevroloji defisitsiz evə yazılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub