Rezident Eltun Əzizov laboratoriyada pre-analitik mərhələyə dair təqdimatla çıxış edib
17.03.2024 11:45

Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin birinci kurs həkim-rezidenti Eltun Əzizov “Laboratoriyada pre-analitik mərhələ və onun əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib.

 

Hospitaldan Aztibb.az-a bildirilib ki, tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi Səbinə İbrahimova, Laboratoriya şöbəsinin əməkdaşları, rezidentlər və tibb tələbələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi Səbinə İbrahimova qeyd edib ki, tibbi laboratoriya hospitalın ayrılmaz hissəsidir. Pasiyentlər hər hansı bir şikayət olduqda həkimə müraciət edir, həkim isə öz növbəsində müvafiq müayinələri təyin edir. Daha sonra pasiyentlər laboratoriyaya yaxınlaşır və lazımi analizləri verirlər.

 

Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin həkim-rezidenti Eltun Əzizov təqdimatda qanalma prosedurların düzgün təşkili, nümunələrin təhlükəsiz qaydada laboratoriyaya çatdırılması və işlənilməsi, həmçinin laboratoriyada pre-analitik mərhələdə yol verilən xətalar və onların aradan qaldırılması haqqında danışaraq həlli yollarını sadalayıb və öz tövsiyələrini verib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub