Səhiyyə naziri Koreyanın "Kyung Hee” Universitetinin rəhbərliyi ilə görüşüb
16.03.2024 14:45

Səhiyyə Nazirliyində Koreyanın aparıcı tibb universitetlərindən biri olan “Kyung Hee” Universitetinin rəhbərliyi ilə görüş keçirilib.

 

Nazirlikdən Aztibb.az-a verilən xəbərə görə, görüşdə səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. Teymur Musayev, həmçinin iki ölkə arasında səhiyyə sahəsində mövcud olan əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib.

 

Nazirin sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur: “Koreya Respublikasında səhiyyə sahəsində inkişaf etmiş sistem yaradılıb. Koreyalı mütəxəssislər təkcə praktik fəaliyyətləri ilə deyil, həm də elmi işləri ilə bütün dünyada tanınırlar. Burada xərçəng, dayaq-hərəkət sistemi, ürək, qaraciyər və böyrək xəstəliklərinin müalicəsinin yeni üsulları təkmilləşərək, tətbiq olunur”.

 

Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

 

Öz növbəsində “Kyung Hee” Universitetinin nümayəndələri də Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğuladılar. Diqqətə çatdırılıb ki, “Kyung Hee” Universitet Sistemi ənənəvi Koreya təbabətində aparıcı məktəb hesab olunur. Universitetə 23 bakalavr kollec, 1 ümumi magistratura, 13 ixtisaslaşdırılmış magistr proqramı və 49 köməkçi tədqiqat institutu daxildir.

 

Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır