“Əməyin mühafizəsi: risk və təhlükələrin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
16.03.2024 10:40
Kliniki Tibbi Mərkəzdə (KTM) “Əməyin mühafizəsi: risk və təhlükələrin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Klinikadan Aztibb.az-a bildirilib ki, tədbirdə KTM-in şöbə müdirləri iştirak edib. Onlara əməyin mühafizəsi və yanğın təhlükəsizliyi ilə bağlı vəzifə və məsuliyyətləri izah edilib.
 
Əməyin mühafizəsi üzrə baş mühəndis, bölmə müdiri Sənan Həsənov əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı məsələlərin daim diqqətdə saxlanıldığını qeyd edərək bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib.
 
Qeyd olunub ki, əməyin mühafizəsi, müəssisələrdə əməyin təhlükəsiz idarə edilməsi, sağlamlığın qorunması mexanizminin yaradılması ilə bağlı hüquqi-praktiki maarifləndirmə işləri aparılır.
 
Bununla yanaşı, yanğın təhlükəsizliyi, yanğın hadisələrinin baş vermə səbəbləri, qarşısının alınması yolları, həmçinin yanğın zamanı zəruri davranış qaydaları kimi mövzular da müzakirə edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır