ATU Türkiyə Universitetləri ilə əlaqələrini genişləndirir  
15.03.2024 16:29

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Türkiyənin Çanaqqala 18 Mart Universitetinin rektoru professor Cüneyt Erenoğlu ilə görüşüb. 

 

Aztibb.az-a ATU-dan verilən məlumata görə, görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri, tədris sahəsində yeniliklərin bölüşülməsi və digər məsələlərlə bağlı maraqlı müzakirələr aparılıb.

 

Görüş zamanı  G.Gəraybəyli və C.Erenoğlu təmsil etdikləri universitetlərin tarixi, fəaliyyəti, tətbiq edilən təhsil sistemi, tədris proqramları barəsində məlumat veriblər. Rektor Gəray Gəraybəyli ATU-da son illərdə aparılan islahatlar, universitetin beynəlxalq akkreditasiyadan keçməsi haqqında ətraflı informasiyanı qonaqların diqqətinə çatdırıb. Tərəflər ali təhsil müəssisələri arasında münasibətləri inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq, beynəlxalq layihələrdə birgə iştirakla bağlı məsələləri də müzakirə ediblər.

 

Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır