Səhiyyə Nazirliyində COP29 danışıqlar qrupunun üzvləri olan ÜST-nin məsul şəxsləri ilə görüş olub  
15.03.2024 11:37

Azərbaycanda bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.


Bununla əlaqədar respublikanın aidiyyatı qurumları tərəfindən müvafiq tədbirlər təşkil olunur. Belə ki, martın 14-də Səhiyyə Nazirliyində COP29-da səhiyyə mövzusuna dair Azərbaycanın bir neçə dövlət qurumu ilə ÜST-nin səhiyyə və iqlim məsələləri üzrə məsul şəxslər və ekspertləri ilə görüş keçirilib.


Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən xəbərə görə, görüşdə COP29 danışıqlar qrupunun üzvləri olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsul şəxsləri - İctimai Səhiyyə, Ətraf Mühit və Sosial Müəyyənedicilər Departamentinin direktoru Mariya Neyra, Avropa üzrə Regional Ofisinin Yoluxucu Xəstəliklər, Ətraf Mühit və Sağlamlıq Departamentinin direktoru Robb Batlerin və ÜST-nin digər əməkdaşları, həmçinin Azərbaycan Respublikası Prezident Administrasiyası, Səhiyyə, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri iştirak ediblər.


Toplantıda çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov qlobal səhiyyənin COP çərçivəsində prioritet olmasını vurğulayıb. Onun sözlərinə görə, qlobal səhiyyə ictimaiyyəti iqlim dəyişikliyinin təsirlərinə, eyni zamanda qlobal sağlamlıq təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verməsində mühüm rola malikdir.

 

COP29 danışıqlar qrupunun üzvləri noyabrda Azərbaycanda təşkil olunacaq tədbirin ölkəmiz və region üçün mahiyyətini və vacibliyini qeyd ediblər. Onların sözlərinə görə, COP29-un bütün ölkələrin yekdil qərarı ilə 2024-cü ildə məhz Azərbaycanda keçirilməsi respublikamıza olan beynəlxalq etimadın daha bir göstəricisidir.
Sonda mövzu ətrafında faydalı müzakirələr aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır