XI Qlobal Bakı Forumu çərçivəsində Azərbaycan səhiyyə naziri ilə BMT-nin Baş katibinin müavini arasında görüş keçirilib
15.03.2024 10:33

Məlum olduğu kimi, paytaxt Bakıda martın XI Qlobal Bakı Forumu keçirilir.


Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, Forum çərçivəsində səhiyyə naziri Teymur Musayevlə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini, BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) İcraçı direktoru xanım Vinni Byanyima arasında görüş keçirilib.

 

Görüşdə UNAIDS-in Asiya-Sakit Okean, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Dəstək Qruplarının Direktoru İmonn Merfi də iştirak edib.


Qonaqları salamlayan Teymur Musayev Qlobal Bakı Forumunda iştirak etdiyinə görə BMT-nin Baş katibinin müavininə təşəkkürünü bildirib.


“Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, XI Qlobal Bakı Forumunun da beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından mühüm platformadır. Hazırda dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda bu tədbirin nəticəyönümlü olması istiqamətində həm mahiyyət, həm də təşkilati nöqteyi-nəzərdən hazırlanması baxımından bütün lazımi tədbirlər həyata keçirilir”, - deyə nazir əlavə edib.


Öz çıxışında Teymur Musayev Azərbaycanın BMT-nin aidiyyəti institutları ilə yaxından əməkdaşlıq etdiyini və onların fəaliyyətini dəstəklədiyini da diqqətə çatdırıb.


Nazir, həmçinin Azərbaycanın İİV/QİÇS-lə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında yer aldığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda 2006-cı ildən etibarən İİV-lə mübarizədə milli strateji istiqamətlərin qorunub saxlanılması üçün UNAIDS/ÜST-nin dəstəyi ilə hər 5 ildən bir Nazirlər Kabinetinin “İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqram”ları qəbul olunur: “Tədbirlər Proqramının məqsədi Azərbaycanda İİV infeksiyasının yayılma səviyyəsinin aşağı salınması, İİV-lə yaşayan insanların ömrünün uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır”.


Sonda Teymur Musayev dünyada İİV/QİÇS-in təsirləri ilə mübarizə aparmaq və onları azaltmaq üçün davam edən birgə səylərin, həmçinin potensial əməkdaşlıq imkanların mövcudluğunu qeyd edib.

 

Öz növbəsində Vinni Byanyim ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü və yubiley Qlobal Bakı Forumunda iştirakını xatırladıb. O, Bakıda keçirilən forumun hər zaman çox yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini Azərbaycanın səhiyyə sahəsində, o cümlədən yoluxucu xəstəliklər və AİDS-ə qarşı mübarizədə qazandığı uğurları qeyd edərək, bu xüsusda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ciddi nailiyyətlərin əldə olunduğunu bildirib.


Görüşdə tərəflər digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır