Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tələbələr üçün təlimlər təşkil olunub
14.03.2024 12:46

Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün növbəti təlimlər keçirilib.

 

Bu barədə Aztibb.az-a Hospitaldan verilib.

 

Dövlət Gömrük Komitəsinin Tibbi xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən hazırlanmış Təlim Fəaliyyət Planına uyğun olaraq 11 mart 2024-cü il tarixində Tibbi Xidmət İdarəsinin elmi-təcrübi tədris mütəxəssisi Şəhla Mirzəzadə tərəfindən “Komanda işinin əhəmiyyəti” və uzman klinik psixoloq, psixoterapevt Arzu Hüseynzadə tərəfindən “Effektiv ünsiyyətin əhəmiyyəti”, 13 mart 2024-cü il tarixində isə Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin baş müfəttişi Hüseyn Qasımov tərəfindən “Təməl Həyata Dəstək-BLS” mövzularında təlimlər keçirilib.

 

Təlimlər əsnasında nəzəri biliklərlə yanaşı qrup işləri və mulyajlar üzərində praktik bacarıqlar sınaq edilib. Xüsusi maraq doğuran təlimlər sualların cavablandırılması, qrup şəklinin çəkilməsi və təlimlə bağlı rəy və təkliflərin dinlənilməsi ilə uğurla yekunlaşıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub