Hande Harmancı: "Azərbaycanın qida təhlükəsizliyinin təmin edilməsində göstərdiyi səylər təqdirəlayiqdir"
12.03.2024 14:12
ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı və ölkə ofisinin ictimai səhiyyə üzrə mütəxəssisi Elturan İsmayılov ADA Universiteti və Bolonya Universitetinin “Davamlı bağçılıq sistemləri” birgə sertifikat proqramı çərçivəsində təşkil edilən “Azərbaycan üçün qida sistemlərinin qiymətləndirilməsi” adlı seminarda iştirak ediblər.
Aztibb.az-a ÜST-nin Azərbaycan ofisindən verilən xəbərə görə, aidiyyəti sektorda çalışan peşəkarlar üçün keçirilən seminarda istehsalat, hökumət və akademik dairələrin nümayəndələri bir araya gələrək yerli kiçik və orta müəssisələrin aktual problemləri və çağırışlarına cavab tapmaq üçün fikir mübadiləsi aparıblar.
Panel müzakirəsində məruzə ilə çıxış edən Hande Harmancı ÜST-nin təbliğ etdiyi balanslaşdırılmış pəhrizin vacibliyini vurğulayaraq, düzgün qidalanmanın insan sağlamlığının başlıca meyarlarından biri olduğunu bildirib. O, qida seçimlərinin təkcə fərdin sağlamlığına deyil, həm də planetin sağlamlığına təsir etdiyini deyib, davamlı pəhriz vərdişlərinin ətraf mühitə dəyən zərərin azaldılması və qlobal sağlamlığın təşviqi üçün vacibliyini qeyd edib.
Hande Harmancı bildirib ki, Azərbaycanın qida təhlükəsizliyinin təmin edilməsində göstərdiyi səylər təqdirəlayiqdir. Bununla belə, xüsusilə reproduktiv yaşda olan qadınlar arasında yüksək anemiya dərəcələri ilə bağlı narahatlıqlar qaldırılıb: "Bu isə dəmir qəbulunu və ümumi qidalanma vəziyyətini yaxşılaşdırmaq üçün məqsədyönlü müdaxilələrin zəruriliyini göstərir. Azərbaycanda sağlam pəhrizin qiyməti nisbətən aşağı olsa da, bəsləyici qidalara və bununla bağlı məlumatlara hamının bərabər əlçatanlığını təmin etmək üçün səyləri artırmaq lazımdır".
Bu bölməyə aid digər xəbərlər
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
İSİM nümayəndələri “Hüquq, Tibb və Cəmiyyət” XVII Azərbaycan-Türkiyə-Almaniya Tibb Hüququ Simpoziumunda iştirak ediblər
20.10.2026 | 14:34
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
20.10.2026 | 12:07
ATU-da “Tibb bacılığı: gələcəyi formalaşdıran güc” mövzusunda təlim keçirilib
20.10.2026 | 10:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

