Naftalan Şəhər Mərkəzi Xəstəxanasının nevroloqu Təranə Bayramova - Həkimlərimizi tanıyaq!
24.03.2024 17:39
“Həkimlərimizi tanıyaq!” rubrikamızda sizlərə pasiyentləri arasında böyük rəğbət qazanmış həkim-nevroloq Təranə Bayramova haqqında məlumatları təqdim edirik.
  
O, 1955-ci ildə Gəncə şəhərində anadan olub. 1972-1978-ci illər Azərbaycan Tibb Univeristetinin Müalicə işi fakültəsində təhsil alıb, 1977-1978-ci illərdə Gəncə 1 nömrəli Uşaq Xəstəxanasında internatura keçib.
 
Təranə Bayramova 1979-1984-cü illərdə 2 nömrəli Gəncə şəhər poliklinikasında, 1984-1992-ci illərdə 1 nömrəli Gəncə şəhər poliklinikasında, 1992-1994-cü illərdə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada həkim-nevroloq vəzifəsində çalışıb. 1994-1997-ci illərdə Tibbi-sosial ekspertizanın Gəncə şəhər Nizami rayon komissiyasının, 1997-2010-cu illərdə 7 nömrəli zona Tibbi-sosial ekspert komissiyasının, 2011-2014-cü illərdə 26 nömrəli Tibbi-sosial ekspert komissiyasının həkim-ekspert, nevroloqu kimi fəaliyyət göstərib.
 
O, 2014-2016-cı illərdə 26 nömrəli Tibbi-sosial ekspert komissiyasında, 2016-2020-ci illərdə 25 nömrəli Tibbi-sosial ekspert komissiyasında sədr, həkim-ekspert, nevroloq işləyib. 2020-ci ildə Tibbi-sosial ekspert komissiyasının sədri, 2022-2023-cü illərdə Yeni Gəncə Tibb Mərkəzində həkim-nevroloq vəzifələrində çalışıb. 2024-cü ildən Naftalan Şəhər Mərkəzi Xəstəxanasında həkim-nevroloq kimi fəaliyyətini davam etdirir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır