Ağdaş Rayon Mərkəzi Xəstəxanasının uroloqu Pərviz Nəsirov - Həkimlərimizi tanıyaq!
25.03.2024 17:17
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkim-uroloqu Pərviz Rafiq oğlu Nəsirovdan söz açacağıq.
 
O, 1971-ci ildə Bakı şəhərində anadan olub. 1988-1994-ci illər ərzində Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1994-1995-ci il tarixlərində Respublika Uroloji Klinik Xəstəxanasında internatura keçərək uroloq ixtisası üzrə təhsil alıb.
 
Pərviz Nəsirov 1995-1997-ci illərdə Akademik M. Cavadzədə adına Respublika Uroloji Klinik Xəstəxanasında uroloq işləyib. 1997-2000-ci illlərdə Azərbaycan Müdafiə Nazirliyinin Cəbhəyanı hərbi səhra xəstəxanasında cərrah baş ordinator, tibb xidməti kapitanı rütbəsinə kimi hərbi xidmətdə olub. 2001-2007-ci illərdə ümumi cərrahiyyə və urologiyada olan təcrübəsini Səudiyyə Ərəbistanı Krallığının Səhiyyə Nazirliyinin dəvəti ilə davam etdirib, təxirəsalınmaz təbabət, cərrahiyyə və urologiyaya aid Аmerika İntensiv Terapiya Cəmiyyəti, Amerika Cərrahlar Koleci tərəfindən təşkil olunmuş müxtəlif kurs və təlimlərdə iştirak edib.
 
Həkim 2017-ci ilin fevral ayından Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkminləşdirmə İnstitututunun Urologiya kafedrasında fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunub. O, Azərbaycanda və xaricdə çapdan çıxmış 20-dən çox məqalənin müəllifi, Amerika, Avropa və Rusiya Uroloqlar cəmiyyətlərinin həqiqi üzvüdür.
 
Pərviz Nəsirov 2019-cu ildən Ağdaş Rayon Mərkəzi Xəstəxanasında həkim-uroloq vəzifəsində çalışır. 2020- ci ildə Vətən müharibəsində həkim-cərrah kimi iştirakına görə Fəxri fərmanla təltif olunub.
 
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır