Agentliyin əməkdaşları üçün “Jest dili” təlimlərinə başlanılıb
12.03.2024 12:29

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları üçün “Jest dili” təlimlərinin keçilməsinə başlanılıb.

 

Agentlikdən Aztibb.az-a verilən məlumata görə, qurumun Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin həkim, mütəxəssis və texniklərinin iştirak etdiyi təlimin məqsədi eşitmə məhdudiyyətli şəxslərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, əməkdaşlarla eşitmə məhdudiyyətli şəxslər arasında effektiv ünsiyyətinin qurulmasıdır.

 

Mərkəz eşitmə məhduddiyyətli şəxsləri eşitmə cihazları, eləcə də ehtiyac duyduqları digər reabilitasiya vasitəsitələri ilə təmin edir. Bu baxımdan əməkdaşların işarət dilindən istifadə bacarıqlarının artırılması xüsusi əhəmiyyət kəsb edir. 

 

Qeyd edək ki, təlimlər “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aidə Səfərova tərəfindən keçirilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət