Respublika Neyrocərrahiyyə Xəstəxanasına müraciət edən bacı-qardaş nevroloji defisitsiz evə yazılıblar
17.03.2024 10:15
Respublika Neyrocərrahiyyə Xəstəxanasına aşağı ətraflardakı ağrı şikayətləri ilə müraciət edən orta yaşlı bacı-qardaş uğurlu əməliyyatlardan sonra ambulator müalicə üçün evə buraxılıblar.
 
Bu barədə Aztibb.az-a Xəstəxanadan məlumat verilib.
 
Bildirilib ki, 54 yaşlı kişi və 62 yaşlı qadın pasiyentlər aşağı ətraflarda ağrılar, yeriyişin çətinləşməsi və yeriyiş məsafəsinin azalması şikayətləri ilə tibb müəssisəsinə müraciət ediblər.
 
54 yaşlı kişi pasiyentə V bel fəqərəsi sürüşməsi (L5 spondilolistez) diaqnozu ilə L4-L5-S1 transpedikulyar fiksasiya, dekompressiya (fəqərə implantlarının qoyulması, sinir köklərinin azad edilməsi), 62 yaşlı qadın pasiyentə degenerativ skolioz, lumbal stenoz, spondilolistez diaqnozu ilə transpedikulyar fiksasiya dekompressiya cərrahi əməliyyatları təyin olunub. Hər iki cərrahi əməliyyat Nicat Müştaqov və Fuad Dövlətov, Cavid Sadıqlı tərəfindən uğurla həyata keçirilib. Bacı-qardaş olan pasiyentlər nevroloji defisitsiz evə yazılıblar.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət