Mərkəzi Gömrük Hospitalında Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
08.03.2024 16:27

Mərkəzi Gömrük Hospitalında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri Şahlar Mirqasım, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Fərid Əbilov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev və qadın əməkdaşlar iştirak ediblər.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından bildirilib.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım qadınların simasında bütün xanım əməkdaşları, o cümlədən Azərbaycan xanımlarını təbrik edib, onlara səadət dolu günlər arzulayıb. Rəis müavini Şahlar Mirqasım çıxışında qeyd edib ki, cəmiyyətimizdə qadına olan qayğı və hörmət xalqımızın minillər boyu formalaşan milli-mənəvi, əxlaqi dəyərlərindən irəli gəlir.

 

Ümummilli Lider Heydər Əliyevin mükəmməl dövlət qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir, Azərbaycan qadını bütün dövlət qurumlarında uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni proseslərdə fəal iştirak edirlər.

 

Şahlar Mirqasım çıxışında qeyd edib: “Qadın anadır, qadın həyat boyu yoldaşımızdır. Hər bir atanın da ən sevimli övladları da məhz qız uşaqlarıdır. Allah-Təala qadını o qədər şərəfli hesab edib ki, müqəddəs kitabımız olan Qurani-Kərimdə də qadınlara həsr olunmuş Nisa surəsi öz yerini tapmışdır. Biz kişilər də, hər zaman qadınlara böyük hörmətlə yanaşır, onlara yüksək dəyər veririk. Bugün də olduğu kimi, hər bir gününüzün xoş əhvali-ruhiyyə ilə keçməsini arzulayıram”.

 

Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev çıxış edərək Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının qadın kollektivini təbrik edərək səhiyyə, tibb sahəsində işləyən qadınlardan danışıb. Bəxtiyar Musayev qeyd edib: “Cəmiyyətdə, ailədə qadınların rolu, xidməti böyükdür, amma səhiyyədə işləyən qadınların üzərinə düşən vəzifə ikiqat çoxdur. Təbii ki, hər sahədə fəaliyyət göstərən - istər riyaziyyatçı, istər inşaatçı, istərsə də müəllim olsun, peşəkar mütəxəssis olmalıdır. Amma eyni zamanda xəstəxanada qadın tibb personalında peşəkarlıqdan başqa digər bir xüsusiyyət olmalıdır ki, ağrı çəkən, əziyyət çəkən xəstələr və ya əməliyyatdan çıxmış xəstə onlardan qadın, ana, həyat yoldaşı, bacı kimi bir münasibət, qayğı, şəfqət gözləyir. Buna müvəffəq olanda, müalicə prosesi də sürətlə gedir, yara da tez sağalır, xəstə də tez ayağa qalxır. Mən bu gözəl gündə bütün xanımları, Hospitalımızda işləyən xanımlarımızı ürəkdən təbrik edir, onlara bu ikiqat məsuliyyətli işlərində uğurlar arzulayıram”.

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi, t.e.d. Rəşad Mahmudov çıxış edərək deyib: “Demokratik Azərbaycan Respublikası hələ 100 il bundan əvvəl qurulduğu dövrdə, əcdadlarımızın milli davranışından irəli gələn dəyərlərdir ki, hətta Avropa ölkələrində çoxlarını heyrətləndirən hadisə - qadına seçmək və seçilmək hüququnun məhz Azərbaycanda verilməsi olmuşdur. Bu, tarixən bizim qadınlara, analara olan münasibətin ən gözəl təzahürüdür. Bizə babalarımızdan bir miras qalıb: qadının həyatımızın hər bir sahəsində rolu bizim üçün əvəzedilməzdir. Cəmiyyətdə, ailədə qadına verilən dəyər yüksəkdir. Qadının yaşatdığı ab-hava, onun ətrafdakılara verdiyi enerji cəmiyyəti, ailəni xoşbəxt edə bilər.

 

Bu gün hər birimiz bunun şahidləriyik ki, Azərbaycan qadınları bütün dövrlərdə olduğu kimi, müharibə dövründə də inanılmaz şəkildə öz canından, qanından olan balasını torpağa tapşırarkən də “Vətən sağ olsun”, - deyə bilən məğrur analardır. Mən fürsətdən istifadə edib təbriklərə qoşuluram. Səadətiniz, sevinciniz heç vaxt tükənməsin, əziz qadınlar!”

 

Daha sonra tədbirdə Mərkəzi Gömrük Hospitalının kişi əməkdaşlarının təbrik çarxı nümayiş edilib. Tədbir zamanı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının dermatoveneroloqu Sevinc Kərimova və böyük tibb bacısı Nigar Maqsudova da təbrik nitqi ilə çıxış edərək xoş arzu və niyyətlərini dilə gətiriblər.

 

Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyi tərəfindən göndərilmiş gül dəstələri və hədiyyələr tədbirdə iştirak edən qadın kollektivə və bütün qadın əməkdaşlarına təqdim edilib, tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır