Sumqayıt Tibb Mərkəzində Beynəlxalq Qadınlar Günü qeyd edilib
08.03.2024 15:21

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Sumqayıt Tibb Mərkəzinin (STM) aparatında çalışan xanımların iştirakı ilə tədbir keçirilib.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, STM-nin direktoru Elnur Azadxanov çıxış edərək əlamətdar gün münasibətilə qadınları təbrik edib. Vurğulayıb ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərib.

 

Direktor STM-nin qazandığı uğurlarda qadınların rolunu və ümumi işə əvəzsiz töhfələr verdiklərini vurğulayıb.

 

E.Azadxanov qadınları təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Sonda bir qrup xanım əməkdaş onlara göstərilən diqqətə görə STM-nin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır