ATU əməkdaşı beynəlxalq konqresdə çıxış edib
09.03.2024 15:04

Azərbaycan Tibb Universitetinin əməkdaşı IV Milli Əczaçılıq Təhsili və Akkreditasiya Konqresində (NPEAC) məruzə ilə çıxış edib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, Əczaçılıq toksikologiyası və  kimya kafedrasının assistenti Kəmalə Bədəlova “Azərbaycan Tibb Universitetində Əczaçılığın beynəlxalq akkreditasiyası. Beynəlxalq akkreditasiya - təhsilin keyfiyyətinin yüksəldilməsi amili: yanaşmalar və perspektivlər” mövzusunda təqdimat keçirib.

 

Ankarada Qazi Universiteti tərəfindən təşkil edilən konqresdə əczaçılıq təhsili və akkreditasiyası sahəsində əldə edilən nailiyyətlər, keyfiyyət təminatı haqqında məlumat verilib.

 

Tədbir çərçivəsində “Milli və Beynəlxalq akkreditasiya qurumları, ECZAKDER və Əczaçılıq fakültələrinin ünsiyyəti, əməkdaşlığı və qarşılıqlı əlaqələri”, “Əczaçılıq təhsilində Əczaçılıq Sənayesinin tərəfdaşlığının ölçüləri”, “Qlobal epidemiya ilə dünyada geniş yayılmış distant təhsil təcrübələrinin araşdırılması” və “Təhsilin akkreditasiyası konteksti” mövzusunda müzakirələr aparılıb.

 

Əczaçılıq təhsili və ali təhsildə akkreditasiya prosesindəki yeniliklər, keyfiyyət təminatı və bu sahədə məlumatlılığı artırmaq məqsədilə təşkil edilən konqresdə müxtəlif universitetlərdən olan 126 alim, o cümlədən ABŞ, Belçika, Sloveniya, Nigeriya, Özbəkistandan  sənaye sektorunun nümayəndələri iştirak ediblər.

 

Konqres çərçivəsində ATU-nun təmsilçisi Qazi Universitetinin Əczaçılıq Fakültəsi ilə tanış olub, həmçinin müxtəlif universitetlərin nümayəndələri, elm adamları və tələbələrlə görüşlər keçirib. Görüşlər əsnasında Əczaçılıq Təhsili Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Dərnəyi növbəti toplantının Azərbaycanda keçirilməsini təklif edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub