Abşeron RMX-nın ali dərəcəli həkim-pediatrı Hürü Osmanova təltif edilib
07.03.2024 17:27

Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov ali dərəcəli həkim-pediatr Hürü Osmanovanı səhiyyə sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə təşəkkürnamə ilə təltif edib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, H.Osmanova 1967-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1983-1995-ci illərdə Abşeron rayonu Hökməli qəsəbəsində sahə həkimi,1995-2024-cü illərdə Hökməli Ailə Sağlamlıq Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərib.

 

O, 2014-cü il 13 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidentinin 769 nömrəli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

 

2000-ci ilin 29 aprel tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində olan Attestasiya Komitəsindən keçib və Səhiyyə Nazirliyinin 1 may 2000-ci il tarixli 77-K nömrəli əmri ilə ona ali dərəcəli həkim-pediatr adı verilib.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər