İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
08.03.2024 10:14

İmişli Rayon Mərkəzi Xəstəxanasında İmişli Rayon İcra Hakimiyyəti, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.

 

Aztibb.az-a İmişli RMX-dan verilən məlumata görə, aksiyada hüquq mühafizə orqanları əməkdaşları, idarə, müəssisə, təşkilatların kollektivləri və sakinlər iştirak ediblər.

 

Donorlar bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.

 

Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara köməklik edilməsi məqsədilə keçirilən aksiyada Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.

 

Tibbi personalın yoxlamasından sonra tam sağlam olan vətəndaşlardan qan götürülüb. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib