“Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası təşkil edilib
04.03.2024 11:27
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Mərkəzi Qan Bankının dəstəyi ilə Gənclər və İdman Nazirliyi “İdman həftəsi” çərçivəsində “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası keçirib.
 
Aztibb.az-a Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilən xəbərə görə, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda baş tutan aksiyada Gənclər və İdman Nazirliyinin kollektivi, idmançılar, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 
Qanverməyə eyni zamanda, Bakı şəhər Tibbi-bədən tərbiyəsi dispanserinin və Sumqayıt şəhər Tibbi-bədən tərbiyəsi dispanserinin əməkdaşları, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllim və professor heyəti, tələbələri, Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşları da qoşulublar.
 
Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib. Aksiyada 200-dən çox donor qan verib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır