Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu Gəncədə konfransda çıxış edib
04.03.2024 10:57
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.ü.f.d. Sədi Allahverdiyev TƏBİB-in və Gəncə Birləşmiş Xəstəxanasının təşkilatçılığı ilə Gəncə şəhərində keçirilən “Ginekologiyanın aktual problemləri” adlı konfransda “Uşaqlıq miomalarının müalicəsinə müasir yanaşma” mövzusunda təqdimatla çıxış edib.
 
Bu məlumat Aztibb.az-a Gömrük Hospitalından verilib.
 
Gəncə Dövlət Filarmoniyasında keçirilən və 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş bu tədbirdə Sədi Allahverdiyev təqdimatında uşaqlıq miomasının aktuallığı, yaratdığı kliniki simptomlar barədə ətraflı məlumat verib. O, hazırda bu xəstəliyin yeni müalicə metodları, xəstəliyin müalicəsi üçün istifadə olunan dərman vasitələri, uşaqlıq miomasının yerləşməsindən asılı olaraq hansı cərrahi seçimin olmasının daha məqsədəuyğun olduğu barədə danışıb, eyni zamanda hospitalda icra olunan müxtəlif lokalizasiyalı uşaqlıq milmalarının video-prezentasiyalarını təqdim edib.
 
Qeyd edək ki, 4 paneldən ibarət bu konfransda Bakıdan və Gəncə şəhərindən dəvət olunmuş yüksəkixtisaslı mütəxəssislər sonsuzluq, təbii doğuş, qeysəriyyə kəsiyi əməliyyatı, uşaqlıq cismi xərçəngində müasir yanaşma, qadın xəstəliklərinin müayinə və müalicəsində tətbiq olunan yeniliklər və son tədqiqatlar barədə təqdimatlarla çıxış ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır