Gəncədə həkim uzun sürən xəstəlikdən sonra vəfat edib
02.03.2024 13:25

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin həkim-infeksionisti Elçin Məmmədov uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

Bu məlumat Aztibb.az-a Gəncə ŞBX-dan verilib.

 

Bildirilib ki, Məmmədov Elçin Bəxtiyar oğlu 24 dekabr 1984-cü ildə Gəncə şəhərində anadan olmuşdu. 2002-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika fakültəsində ali təhsil almış, 2007-2008-ci illərdə Abbas Səhhət adına Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində internatura kursu keçmişdi. O, 2008-ci ildən həmin şöbədə həkim-infeksionist kimi fəaliyyət göstərirdi.

 

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 iyun tarixli Sərancamı ilə Məmmədov Elçin Bəxtiyar oğlu "Tərəqqi" medalı ilə təltif edilmişdi.

 

Allah rəhmət eləsin!

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır