ATU-da “Məndən Başlanır Vətən” adlı ədəbi-bədii tədbir keçirilib
02.03.2024 13:01

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Əsgərin Kitab Rəfi” kitab toplama aksiyası çərçivəsində AR Müdafiə Nazirliyinin dəstəyi, "İRƏLİ" İctimai Birliyi və Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Məndən Başlanır Vətən” adlı ədəbi-bədii tədbir keçirilib.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, media mənsubları və tələbələr iştirak ediblər.

 

Tədbirin əvvəlində xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçılarını salamlayan Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin dekanı, əməkdar həkim Çingiz Əlləzov “Məndən Başlanır Vətən” adlı ilk silsilə tədbirin ATU-da keçirilməsinə görə “İRƏLİ” İctimai Birliyinə öz təşəkkürünü bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan Tibb Universiteti gənclərin hərtərəfli inkişafı sahəsində heç bir zaman öz dəstəyini əsirgəməyib və bu cür tədbirlər bunu bir daha əyani şəkildə nümayiş etdirir. Ordu sıralarında xidmət göstərən hərbi qulluqçuların savadlı, intellektual, vətənpərvər yetişməli və Vətəninə, dövlətinə sadiq tərbiyə olunmalı olduğunu bildirən Çingiz Əlləzov bu istiqamətdə olduqca böyük əhəmiyyətə malik “Əsgərin Kitab Rəfi” kitab toplama aksiyasının işində uğurlar arzu edib.

 

Daha sonra çıxışçılar – Vətən müharibəsi iştirakçısı, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmiş “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Azərbaycan Ordusunun polkovniki, Əməkdar incəsənət xadimi, Zəfər və Qələbə Paradının ssenari müəllifi və aparıcısı, Abdulla Qurbani gənclərin hərbi-vətənpərvərlik mövzularında təşkil olunan müxtəlif layihələrdə iştirakından söhbət açıblar.

 

Natiqlər bildiriblər ki, 44 günlük Vətən müharibəsindən sonra xalqımızın yeni dövrə başlanğıcı məhz gənclərin hərtərəfli inkişafından asılıdır. Ötən ilin sentyabr ayında baş tutan lokal xarakterli antiterror tədbirlərində Azərbaycan gəncliyinin fəal iştirakı da məhz bu istiqamətdə görülmüş işlərin bariz nümunəsidir.

 

Çıxışçılar bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbələrimiz və müstəqilliyimizin əbədi olacağına əminliyini ifadə ediblər.

 

Tədbirin bədii hissəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi, polkovnik, Əməkdar artist Cahangir Qurbanov, vokal qrupu və mahnı-rəqs ansamblının ifasında ədəbi, musiqili, xoreoqrafik konsert proqramı təqdim olunub.

 

Daha sonra səhnədə Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində Teatr Klubunun fəal üzvləri "Əlvida" tamaşasını nümayiş etdiriblər. Tədbirin sonunda xatirə şəkli çəkdirilib, Azərbaycan Tibb Universiteti tərəfindən “Əsgərin Kitab Rəfi” aksiyası üçün toplanmış kitablar “İRƏLİ” İctimai Birliyinə təqdim olunub.

 

Xatırladaq ki, “Əsgərin Kitab Rəfi” kitab toplama aksiyasının keçirilməsində əsas məqsəd əsgərlərimizin asudə vaxtının səmərəli təşkilinə töhfələr vermək, eləcə də, gənclər arasında mütaliəyə marağın artırılmasıdır. Ötən il keçirilən kitab toplama aksiyasında “İRƏLİ” İctimai Birliyi tərəfindən 12 mindən çox kitab toplanaraq işğaldan azad olunmuş ərazilərdəki hərbi bölmələrə təhvil verilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub