Samuxda "Yanğın təhlükəsizliyi qaydaları" mövzusunda tədbir keçirilib
02.03.2024 09:14
Samux Rayon Mərkəzi Xəstəxanasında Mülki Müdafiə bölməsinin birgə təşkil etdiyi 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı "Yanğın təhlükəsizliyi qaydaları" mövzusunda tədbir keçirilib.
 
Tədbirdə FHN-nin Gəncə Regional Mərkəzi Mülki Müdafiə idarəsinin baş zabiti Elçin Məmmədov, Samux Rayon İcra Hakimiyyətinin Mülki Müdafiə üzrə qərargah rəisi Asəf Hüseynli, Samux Rayon Mərkəzi Xəstəxanasının Mülki Müdafiə üzrə mütəxəssisi İsax Əhmədov, yanğın təhlükəsizliyinə dair tələblər barədə danışaraq, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat veriblər.
 
Bu məlumat Aztibb.az-a xəstəxanadan verilib.
 
Tədbirdə çıxış edən Elçin Məmmədov bildirib ki, yanğının profilaktikasında ən vacib qaydalar işçilərin diqqətinə çatdırılıb. Bunlar yanğının əmələ gəlməsinə səbəb ola biləcək amilləri (elektrik qızdırıcı cihazlardan istifadə olunması, iş gününün sonunda elektriklə çalışan cihazların cərəyandan ayrılmaması və s.) aradan qaldırmaq, əgər yanğın baş verərsə tez bir zamanda daha çox sahəyə yayılmasının qarşısını almaq, yanğının vurduğu ziyanı minimuma endirmək, insanların təxliyəsi və təhlükəsizliyi üçün şərait yaratmaqdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır