Mərkəzi Gömrük Hospitalında "Atopik dermatit” mövzusunda seminar keçirilib
01.03.2024 16:19
Mərkəzi Gömrük Hospitalının Dermatovenerologiya şöbəsinin dermatoveneroloqu Sevinc Kərimova “Atopik dermatit” mövzusunda növbəti seminar çərçivəsində təqdimatla çıxış edib.
 
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, həkimlər, kardioloqlar, dermatovenerologiya ixtisası üzrə təhsil alan həkim-rezidentlər və tibb tələbələri iştirak ediblər.
 
Bu məlumat Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilib.
 
Sevinc Kərimova residivlərlə müşayiət olunan xroniki, genetik, dəri xəstəliyi olan atopik dermatit haqqında ətraflı məlumat verib. O, xəstəliyin genetik ağırlaşma riskindən, etiopatogenezindən, patogenezindən, əlamətlərindən, eyni zamanda xəstəliyin körpəlik, uşaqlıq, yeniyetməlik və yetkinlik dövrlərində gedişatından danışaraq, hər bir dövrün klinik əlamətlərini qeyd edib. 
 
Məruzəçi atopik dermatitin müalicə yollarından danışaraq, onun uzun müddət nəmləndirici emolentlər, kalsinevrinin topikal bolkatorları, antihistaminlər vasitəsilə, fototerapiya ilə, eləcə də ağırlaşmalar zamanı sistem steroidlər, topikal steroidlər və çiklosporin, azatioprin ilə müalicəsindən bəhs edib.
 
Sonda o, dinləyicilərin çoxsaylı suallarını cavablandırıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır