Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev UNİCEF-in tədbirində iştirak edib  
29.02.2024 13:51
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev 28 fevral 2024-cü il tarixində “Azərbaycanda səhiyyə işçilərinin çirklənmə və iqlim dəyişikliyi ilə bağlı bilik, bacarıq və uyğunlaşma davranışlarının qiymətləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada çıxış edib.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, dosent İsmayıl Əfəndiyev tədbirdə çıxış edərək Azərbaycanda uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığına dair vəziyyətini təhlil etmiş və tibb tələbələrinin, rezidentlərin və səhiyyə sistemində çalışan tibb işçilərinin bu sahədə bilik və bacarıqların arılmasının vacibliyini vurğulamışdır.
 
Dəyirmi masada ətraf mühit sağlamlığı üzrə təlim modullarının ali və orta tibb təhsil müəssisələrində tədris proqramına inteqrasiyası, ətraf mühit sağlamlığı üzrə ilkin səhiyyə işçiləri üçün rəqəmsal platforma, bu sahələr üzrə hazırlanmış təlimçilər üçün metodik göstərişlər və ətraf mühitin sağlamlığı üzrə ilkin səhiyyə işçiləri üçün tədris vəsaiti və digər aktual məsələlər müzakirə olunmuşdur.
 
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) tərəfindən təşkil onumuş dəyirmi masada Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ekolojiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Azərbaycan Tibb Universiteti, Mərkəzi Gömrük Hospitalının və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub