Tələbələr sağlam həyat tərzi və düzgün yuxu rejimi ilə bağlı maarifləndiriliblər
29.02.2024 09:04
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı Dövlət Universitetində sağlam həyat tərzi və düzgün yuxu rejiminin insan həyatında roluna həsr olunmuş maarifləndirici tədbir keçirilib.
 
İSİM-dən Aztibb.az-a verilən xəbərə görə, Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirin məqsədi gənc nəsli sağlam həyat tərzi və düzgün yuxu rejimi barədə məlumatlandırmaq olub.
 
İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova gəncləri sağlam həyat tərzi seçməyə, zərərli vərdişlərdən uzaq olmağa, gigiyena qaydalarına riayət etməyə çağırıb. O, geniş təqdimatla çıxış edərək sağlamlığın qorunması, yuxusuzluğun fəsadları haqqında ətraflı məlumat verib. Yuxu rejiminin idrak və dərketmə prosseslərinə təsir etdiyi vurğulanıb və gənclərə sağlam, düzgün yuxu rejiminə riayət etmək tövsiyə olunub.
 
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır