Sidik axarı daşları nə zaman əməliyyatla çıxarılmalıdır?
09.03.2024 11:27
Bəzən böyrək daşları sidik axarına düşənə kimi, heç bir kliniki əlamətlə özünü göstərmir. Belə olduqda isə şiddətli ağrı şikayətilə müraciət edən xəstə, USM zamanı sidik axarında daş olduğunu öyrənir.
Bu barədə Aztibb.az-a məlumat verən Kliniki Tibbi Mərkəzin həkim-radioloqu Şəbnəm Topbaştekin bildirib ki, sidik axarında daş olan xəstələrdə şiddətli ağrı, yüksək tempratur, ürəkbulanma və qusma, baş ağrısı, yüksək təzyiq kimi kliniki əlamətlər olur.
"Sidik axarında uzun müddət qalan daş kanalı tutduğu üçün sidiyin tam xaric olunmasına mane olur, bu da böyrək çatışmazlığına qədər gətirib çıxarır", - deyən həkim sidik axarındakı daşın orqanizmdən xaric edilməsinə bəzi faktorların təsir etdiyini söyləyib. Qeyd edib ki, buna ilk növbədə, daşın böyüklüyü aiddir. Belə ki, ölçüsü 5 mm-dən kiçik olan daşların əksər hallarda cərrahi müdaxiləsiz düşmə ehtimalı yüksəkdir. 7 mm ölçüsündəki daş 45% hallarda, 10 mm olan daşlar isə 25% hallarda özü düşə bilir.
Şəbnəm Topbaştekinin sözlərinə görə, sidik axarlarının anatomik olaraq 3 daralma hissəsi olur. Əgər daş aşağı daralma hissəsindədirsə, 70-75 % hallarda düşür. Yuxarı və orta hissədə olan daşların müdaxiləsiz düşmə ehtimalı daha azdır. Ureterin (sidik axarının) eyni yerində uzun müddət qalan daşlar ödemə səbəb olub, axarın divarı şişkinlik əmələ gətirir. Bu isə, daşın düşməsini çətinləşdirir. 30 gündən çox eyni yerdə qalan daşlara cərrahi müdaxilə mütləqdir. Daşın üzəri hamar olduqda erkən, girintili-çıxıntılı olduqda isə daha gec müddətdə xaric edilir.
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

