Hamiləliyin ilkin əlamətləri nələrdir?
08.03.2024 11:20
Erkən hamiləlik əlamətləri hər qadında fərqli ola bilər. İlk əlamət aybaşının bir neçə gün gecikməsidir. Təbi ki, bu, gecikməsi olmayan, hər ay aybaşı tsikli olan qadınlara aiddir.
Bu barədə Aztibb.az-a Kliniki Tibbi Mərkəzin həkim-radioloqu Şəbnəm Topbaştekin məlumat verib.
Onun sözlərinə görə, hamiləliyi erkən öyrənmənin ən əlçatan üsulu hamiləlik üçün olan test çubuqlarıdır. Bu çubuqlar demək olar ki, hər aptekdə asanlıqla tapılır və sidiyə batırılalaraq, 5-10 dəq gözləmədən sonra nəticəni göstərir.
Həkim bildirib ki, ən dəqiq və hətta hamiləliyin müddətini belə təyin edən metod isə qan analizidir. Bu, hamiləlik müddətində qanda spesifik hormonun artmasına əsaslanır.
Şəbnəm Topbaştekin qadın bədənində erkən hamiləliklə əlaqədar baş verən dəyişikliklərə də diqqət çəkib:
1 ay müddətində hormonal dəyişikliklə əlaqədar süd vəzilərinin uclarının sərtləşməsi və şişkin olması;
Sidik ifrazının artması;
Qasıq ağrıları. Bu əlamət olduqda bəzən ləkələnmə şəklində qanaxma da ola bilər;
Uşaqlıq yolu axıntıları;
Ürəkbulanma və yorğunluq;
Şişkinlik.
"Hamiləliyini erkən aşkar edən analar özünü hamiləliyə daha düzgün hazırlaya bilər. Zərərli vərdişlərdən uzaq olub, sağlam həyat tərzi keçirtməlidir ki, sağlam uşaq doğulsun. Hamiləliyin erkən vaxtında öyrənilməsi, uşaqlıq borularının partlaması ilə nəticələnən uşaqlıqdankənar hamiləlik kimi ciddi patologiyaların qarşısını zamanında almağa kömək edir", - deyə həkim bildirib.
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

