Özbəkistanda öskürək siropundan 69 uşaq ölüb: 23 müttəhim həbs edilib
28.02.2024 12:29

Hindistanda yerləşən bir şirkətin istehsal etdiyi və 69 uşağın ölümünə səbəb olan öskürək siropu ilə bağlı cinayət işində müttəhimlərə müxtəlif cəzalar verilib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, Özbəkistanın paytaxtı Daşkənddə keçən il Hindistanda fəaliyyət göstərən Marion Biotech şirkətinin istehsalı olan "Dok-1 Max" adlı öskürək siropundan istifadə edən 69 uşağın ölümü ilə bağlı başlanan məhkəmə prosesi artıq başa çatıb.

 

İddia çərçivəsində təqsirləndirilən şəxslər ölümə səbəb olan keyfiyyətsiz dərman preparatlarının istehsalı və satışı, vəzifələrini yerinə yetirməmək və sui-istifadə kimi cinayətlərə görə mühakimə olunublar.

 

Məhkəmə ölkəyə siropu idxal edən “Kuramax Medikal” və bu dərmanın ölkədə istifadəsinə icazə verən “Dərmanların Standartlaşdırılması Elmi Mərkəzi”nin vəzifəli şəxsləri də daxil olmaqla 23 təqsirləndirilən şəxsə 2 ildən 20 ilə qədər həbs cəzası verib. 

 

Qərara əsasən, bəzi təqsirləndirilən şəxslər vəfat edən uşaqların ailələrinə təzminat ödəyəcək, bəzi təqsirləndirilən şəxslər isə müəyyən müddətə müvəkkil müəssisələrdə işləyə bilməyəcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır