Milli Məclisin Səhiyyə Komitəsinin növbəti iclası keçirilib
28.02.2024 11:57
Milli Məclisin Səhiyyə Komitəsinin növbəti iclası keçirilib.
Aztibb.az-ın xəbərinə görə, komitə sədri, akademik Əhliman Əmiraslanov iclası açaraq gündəliyə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin daxil edildiyini bildirib.
Akademik Əhliman Əmiraslanov qanun layihəsinin komitənin profilinə uyğun baxılacaq “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlara təklif olunan dəyişikliklərin “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğunlaşdırılma məqsədilə hazırlandığını bildirib. Komitə sədri dəyişikliklərin əhalinin həyat və sağlamlığının qorunması baxımından əhəmiyyətini qeyd edib.
Daha sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev sənədlə bağlı ətraflı məlumat verib. O, müzakirəyə çıxarılan qanun layihəsində səhiyyə qanunvericiliyinə aid dəyişiklikləri sistemləşdirilmiş şəkildə diqqətə çatdıraraq bildirib ki, bu dörd qanunda ümumilikdə 20 maddə üzrə 31 dəyişiklik nəzərdə tutulub.
Şöbə müdirinin sözlərinə görə, layihədə bir sıra terminlərin, anlayışların dəqiqləşdirilməsi və əvəz edilməsi təklif olunub. Eyni zamanda, “Qida təhlükəsizliyi haqqında” Qanunun qəbulu ilə “Yeyinti məhsulları haqqında” Qanun ləğv edildiyindən qanunların mətnində ləğv edilmiş qanuna istinadın qəbul edilmiş qanunla əvəz edilməsi, həmçinin qida məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərin adlarının “Qida təhlükəsizliyi haqqında” qanuna uyğun olaraq verilməsi nəzərdə tutulub.
Məsələ ilə bağlı çıxış edən komitə sədrinin müavini Rəşad Mahmudov, komitə üzvləri Kamilə Əliyeva, Müşfiq Məmmədli, Soltan Məmmədov, Məlahət İbrahimqızı, İlham Məmmədov və Kamaləddin Qafarov təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
Müzakirələrin yekununda qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

