Abbasqulu Səfərov - Nərimanov Tibb Mərkəzinin peşəkar radioloqu
16.03.2024 17:03
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikası peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
 
Rubrikada bu dəfə Nərimanov Tibb Mərkəzinnin həkim-radioloqu Səfərov Abbasqulu Oktay oğlunu oxuculara təqdim edəcəyik.
 
O, 1955-ci ildə anadan olub. 19721978-ci illərdə N.Nərimanov adına Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1978- ci ildə ümumi cərrahlıq ixtisasi üzrə internatura keçib.
 
Abbasqulu Səfərov 1979-1982-ci illərdə Gəncə şəhəri Təcili Tibbi yardım xəstəxanasında cərrah vəzifəsində fəaliyyətə başlayıb. 1982-1984-cu illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Ümumi cərrahlıq kafedrasında kliniki ordinatura kursu keçərək ixtisaslaşıb.
 
1982-ci ildən 5 saylı Şəhər Klinik xəstəxansında ordinator həkim, 1985-1992-ci illərdə baş lobarant, 1992-2021-ci ilələrdə Azərbaycan Tibb Universitetinin II Cərrahiyyə xəstəlikləri kafedrasında assistent vəzifələrində çalışıb. Hazırda Nərimanov Tibb Mərkəzində həkim-radioloq kimi fəaliyyətini davam etdirir.
 
Həkim elmi marağı nəticəsində 1984-cü ildən Azərbaycanda ilk dəfə 5 saylı Şəhər Klinik xəstəxanasında qastroentraloji xəstələrin əməliyyatdan öncə və sonrakı dövrlərində ultrasəs müayinəsini aparıb.
 
O, şap olunmuş 48 elmi məqalənin, 22-dən çox tezisin, 3 səmərəli təklifin, 1 metodik tövsiyənin və 2 ixtiranın müəlifidir.
 
Abbasqulu Səfərov Beynalxalq Avrasiya Cərrahiyyə və Qastroentraloji Konqresin üzvüdür.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub